Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9374 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9374 təşkil edib
# 01 oktyabr 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin oktyabr ayının 1-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0626 bənd və ya 6,26% azalaraq 0,9374 təşkil edib. İndeksin azalması notlar bazarının kapitallaşmasının azalması ilə bağlı olub. Belə ki, sentyabrın 30-da 4 mln. manat məbləğində bir buraxılış dövriyyədən çıxarılıb və 3 mln. manatlıq emissiya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR