Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,6%, Nasdaq isə 3% enib

Dow Jones indeksi 2,1%, S&P 500 2,6%, Nasdaq isə 3% enib
# 02 oktyabr 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 9509 bəndədək, S&P 500 2,6% - 1030 bəndədək, Nasdaq isə 3% - 2057 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 1-də bir sıra mənfi makroiqtisadi göstərici açıqlanıb ki, bu da fond bazarına birbaşa təsir edib. Məsələn, məlum olub ki, ABŞ-da ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 530 mindən 551 mənədək artıb. Bundan başqa, sentyabrda sənaye sahəsində işgüzarlıq fəallığı indeksi 52,6 bənd təşkil edib ki, bu da avqustun göstəricisindən 0,3 bənd, proqnozlardan isə 1,4 bənd aşağıdır. Əlavə olaraq, «Bank of Amerika»nın başçısı Kennet Lyuisin vəzifəsindən getməsi barədə məlumatlar həmin bankın səhmlərini 4,3% ucuzlaşdıraraq, bütün maliyyə sektorunda səhmlərin dinamikasına təsir edib.

Avropa fond bazarında oktyabrın 1-də FTSE 100 indeksi 1,7% - 5048 bəndədək, Fransa CAC-0-ı 2% - 3721 bəndədək, Almaniya DAX-ı 2,1% - 5555 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi korporativ xəbərlərin aşıqlanması ilə bağlı olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4519 (-0,94%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR