Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq isə 0,4% enib
# 05 oktyabr 2009 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9488 bəndədək, S&P 500 0,4% - 1025 bəndədək, Nasdaq isə 0,4% - 2048 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 2-də ABŞ-da məşğulluq sahəsi üzrə statistika açıqlanıb ki, həmin statistikanın mənfi olması fond bazarına müvafiq təsir göstərib. Belə ki, sentyabr ayının yekunlarına görə işsizlik səviyyəsi 9,8% təşkil edib, ümumilikdə sentyabrda iş yerlərinin ixtisar səviyyəsi 263 minə bərabər olub. Bundan başqa, sənaye sifarişlərinin həcmi avqust ayında əvvəlki ayla müqayisədə 0,8% azalıb, halbuki bu göstəricilərin artımı gözlənilirdi.

Həmin xəbərlər Avropa bazarlarına da mənfi təsir göstərib. Belə ki, Avropa fond bazarında oktyabrın 2-də FTSE 100 indeksi 1,2% - 4989 bəndədək, Fransa CAC-0-ı 1,9% - 3650 bəndədək, Almaniya DAX-ı 1,6% - 5468 bəndədək enib. Avropada «BNP Paribas»ın səhmləri 3,3%, «Societe Generale»in səhmləri 2,2%, «Deutsche Bank»ın səhmləri 2,3%, «Commerzbank»ın səhmləri 9%, «Royal Bank of Scotland»ın səhmləri 7,7%, «Lloyds Banking Group»un səhmləri 4,5%, «Total», «Repsol» və «StatoilHydro»un səhmləri isə orta hesabla 1,3% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4630 (+0,77%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR