Bank Of Baku

Dow Jones indeksi 1,1%, Nasdaq 1%, S&P 500 isə 1,5% yüksəlib

Dow Jones indeksi 1,1%, Nasdaq 1%, S&P 500 isə 1,5% yüksəlib
# 06 oktyabr 2009 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. Oktyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 9600 bəndədək, S&P 500 1,5% - 1040 bəndədək, Nasdaq isə 1% - 2068 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca makroiqtisadi xəbərlər təsir göstərib. Belə ki, ABŞ-ın xidmət sahəsinin biznes fəallığının indeksi 2008-ci ilin avqust ayından ilk dəfə olaraq 50 bənd səviyyəsini üstələyib ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşüb. Hərracın gedişində «Bank of America»nın səhmləri 3,8%, «Wells Fargo»nun 6,9%, «Capital One Financial»ın səhmləri 8,2% bahalaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,71% - 5024,33 bəndədək, Fransa CAC-40-ı 0,69% - 3675,01 bəndədək, Almaniya DAX-ı isə 0,75% - 5508,85 bəndədək artıb. «Telefonica», «BT Group» və «France Telecom»un qiymətli kağızları 1-3,5%, «Standard Chartered», HSBC, «Barclays», «Lloyds», «Royal Bank of Scotland» və «BNP Paribas»ın səhmləri 0,5-4,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4660 dollar (+0,21%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR