Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 07 oktyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,47 dollar və ya 0,7% artaraq 1 barelə görə 70,88 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 6-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 68,56 dollar təşkil edib.

Neftin bahalaşmasının əsas səbəbi dolların ucuzlaşması olub. Belə ki, oktyabrın 6-da dolların məzənnəsi avroya qarşı 0,3% düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR