Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq isə 1,7% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq isə 1,7% yüksəlib
# 07 oktyabr 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 9731 bəndədək, S&P 500 1,3% - 1055 bəndədək, Nasdaq isə 1,7% - 2104 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 6-da ABŞ fond bazarı dollardan asılı olub. Belə ki, bir sıra nəşrdə Fars körfəzi ölkələrinin neftin dollarla deyil, regional valyuta səbəti ilə satmaq niyyətində olması barədə məlumatlar dərc olunub, bu da rəsmi mənbələr tərəfinhdən dərhal təkzib edilsə də, bazara birbaşa təsir edib. Nəticədə, xammal şirkətlərinin kotirovkaları dərhal yüksəlib və bu, ümumi bazarın dinamikasına təsir edib.

Həmin amillər Avropa bazarlarına da təsir göstərib. Belə ki, Avropa fond bazarında oktyabrın 6-da FTSE 100 indeksi 2,3% - 5138 bəndədək, Fransa CAC-0-ı 2,6% - 3770 bəndədək, Almaniya DAX-ı 2,7% - 5658 bəndədək yüksəlib. Avropada «BG Group»un səhmləri 4,1%, BP-nin səhmləri 2,8%, «Royal Dutch Shell»in səhmləri 3,1%, «Total»in səhmləri 2,9%, «Rio Tinto»nun səhmləri 6,9%, «Anglo American»ın səhmləri 7,6%, «Xstrata»nın səhmləri 6,5%, «BHP Billiton»un səhmləri 7,8% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4701 (+0,28%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR