Bank Of Baku

Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb
# 08 oktyabr 2009 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,31 dollar və ya 1,9% azalaraq 1 barelə görə 69,57 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 7-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar azalaraq 67,20 dollar təşkil edib.

Neftin ucuzlaşması Energetika Nazirliyi tərəfindən ABŞ-da ötən həftə ərzində xam neft ehtiyatlarının 254 min barel azalması barədə məlumatın açıqlanması fonunda baş verib. Bu səbəbdən bu gün də neftin bahalaşmasını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR