Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9332 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9332 təşkil edib
# 08 oktyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0021 bənd və ya 0,21% azalaraq 2009-cu ilin oktyabr ayının 8-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0668 bənd və ya 6,68% azalaraq 0,9332 təşkil edib. Oktyabrın 7-də 4 mln. manat həcmində bir not buraxılışı ödənilib və 3 mln. manatlıq bir emissiya yerləşdirilib. Nəticədə, bazarın kapitallaşmasının azalması indeksin enməsinə səbəb olub.

AGBI indeksinin enməsi isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR