Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq isə 0,3% yüksəlib
# 08 oktyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9726 bəndədək enib, S&P 500 0,3% - 1058 bəndədək, Nasdaq isə 0,3% - 2110 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 7-də ABŞ-ın fond bazarına bir sıra iri şirkətin hesabatının açıqlanması təsir göstərib.

Avropa fond bazarında oktyabrın 7-də FTSE 100 indeksi 0,6% - 5109 bəndədək, Fransa CAC-0-ı 0,4% - 3756 bəndədək, Almaniya DAX-ı 0,3% - 5641 bəndədək enib. Avropada «Banco Santander», «BNP Paribas», «Societe Generale» və UBS-in səhmləri 1,2-2,8%-dək, BP, «Royal Dutch Shell», «Total» və «BG Group»un səhmləri 0,6-1,7%-dək ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4759 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR