Bank Of Baku

Bu gün BFB-də AİF-in hərraca çıxarılan istiqrazları tam həcmdə yerləşdirilib

Bu gün BFB-də AİF-in hərraca çıxarılan istiqrazları tam həcmdə yerləşdirilib
# 08 oktyabr 2009 16:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərracda sifarişlər 8 investor tərəfindən təqdim olunub və sifarişin nominal üzrə məbləği 7,920 mln. manat təşkil edib.

Qeyd edək ki, sifarişlər 100,9500% qiyməti ilə təqdim edilib. Hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib. İstiqrazların ödəniş tarixi isə 2016-cı il may ayının 10-dur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR