Bank Of Baku

Neftin qiyməti 3% artıb

Neftin qiyməti 3% artıb
# 09 oktyabr 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,12 dollar və ya 3,1% artaraq 1 barelə görə 71,69 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 7-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 2,57 dollar artaraq 69,77 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da ötən həftə ərzində xam neft ehtiyatlarının 254 min barel azalması barədə Energetika Nazirliyinin məlumat açıqlaması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR