Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq isə 0,6% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq isə 0,6% yüksəlib
# 09 oktyabr 2009 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 9787 bəndədək, S&P 500 0,7% - 1065 bəndədək, Nasdaq isə 0,6% - 2124 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına «Alcoa», «Marriott» və «PepsiCo» kimi iri şirkətlərin müsbət hesabatlarının açıqlanması və bir sıra müsbət makroiqtisadi xəbərlər səbəbindən baş verib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 551 mindən 521 minə enib və bundan əlavə pərakəndə ticarət şəbəkələri nikbin hesabatlarını təqdim edib.

Avropa fond bazarında oktyabrın 8-də FTSE 100 indeksi 0,9% - 5155 bəndədək, Fransa CAC-0-ı 1,3% - 3807 bəndədək, Almaniya DAX-ı 1,3% - 5717 bəndədək yüksəlib. Avropa fond indekslərinin yüksəlməsi əsasən hasilat sahələri üzrə müşahidə olunub ki, bu da ilk növbədə qızıl, mis və neftin bahalaşması fonunda baş verib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4764 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR