Bank Of Baku

Neftin qiyməti 72 dollara yaxınlaşır

Neftin qiyməti 72 dollara yaxınlaşır
# 12 oktyabr 2009 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,08 dollar və ya 0,1% artaraq 1 barelə görə 71,77 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 9-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar artaraq 70,00 dollar təşkil edib.

Neftin qiymətinin azalmaması Beynəlxalq Enerji Agentliyinin dünyada neft tələbatı üzrə proqnozunun artırılması ilə bağlı olub. Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi aylıq hesabatında 2009-cu ildə dünyada neftə olan tələbatı sutkada 84,6 mln. barel, 2010-cu il üçün isə 86,1 mln. barel səviyyəsində proqnozlaşdırıb. Ötən ay dərc olunmuş hesabatda isə Agentlik neftə tələbatı cari il üçün 84,4 mln. barel, gələn il üçün isə 85,7 mln. barel səviyyəsində nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR