Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib
# 12 oktyabr 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 9865 bəndədək, S&P 500 0,5% - 1071 bəndədək, Nasdaq isə 0,7% - 2139 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın ticarət balansı kəsirinin avqust ayında 31,96 mlrd. dollardan 30,71 mlrd. dollaradək azalması bərədə məlumatlar fond bazarına birbaşa müsbət təsir göstərib. Bundan başqa, Federal Ehtiyat Sisteminin yumşaq monetar siyasəti davam etdirməsi barədə məlumat və bəyanatlar da investorlar tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarında oktyabrın 9-da FTSE 100 indeksi 0,1% - 5162 bəndədək yüksəlib, Fransa CAC-0-ı 0,2% - 3800 bəndədək, Almaniya DAX-ı 0,1% - 5712 bəndədək enib. Avropa fond indekslərinin dinamikası əsasən korporativ xəbərlərdən asılı olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4703 (-0,41%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR