Bundan bir qədər əvvəl, sentyabrın ortalarında qızılın qiyməti 1 020 dollara çataraq 18 aylıq maksimumu təkrarlayıb. Ümumilikdə isə, bu günədək maksimal qiymət ötən ilin martın ortalarında müşahidə olunub və 1 030,8 dollar təşkil edib.
Maraqlıdır ki, son üç onillik ərzində qızılın qiymətləri müqayisəedilməzdir:
Belə uzunmüddətli qiymət dinamikası təhlil edildikdə bir sıra məqamı üzə çıxarır. İlk növbədə, 1980-1990-ci illərdə qızılın qiyməti əsasən qızılın hasilatı ilə bağlı olub, 1990-2000-ci illərdə qızılın qiymətinə daha çox dövlətlərin, beynəlxalq maliyyə qurumlarının, investisiya fondlarının və iri fərdi investorların qızıl ehtiyatlarının həcmini artırma templəri təsir edib. Lakin 2000-ci ildən sonra qızıl bazarına təsir edən əsas amillər kimi dolların avroya qarşı dinamikası, makroiqtisadi vəziyyət, fond birjalarında gərginlik və s. qeyd etmək lazımdır. Nəticədə, son böhran investorlar tərəfindən qızılın ən təhlükəsiz aktiv kimi qəbul edildiyini və bununla bağlı həmin məqamlarda onun bahalaşdığını üzə çıxarıb.