Bank Of Baku

Dolların ucuzlaşması davam edəcək

Dolların ucuzlaşması davam edəcək
# 12 oktyabr 2009 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya ölkələrinin mərkəzi bankları artıq daha tez-tez avro və ya yenə üstünlük verir ki, bu da dollara olan təzyiqi artırır və nəticədə, son yarım ildə ABŞ valyutasının ucuzlaşması son 20 il ərzində ən yüksək olub. «APA-Economics»in xəbərinə görə, bu barədə «Bloomberg»in məlumatında deyilir.

Məlumata əsasən, ötən rüb dünyanın mərkəzi bankları 413 mlrd. dollar həcmində xarici valyuta alıb ki, bunun da 63%-i nağd pulların avroya və yenə konvertasiyası əməliyyatlarının payına düşüb. Ümumilikdə, iri ölkələrin dollardan imtina etməsi prosesinin davam etməsi fonunda ABŞ administrasiyası ixracın dəstəklənməsi məqsədi ilə dolların zəifləməsi ilə barışıb.

Qeyd edək ki, 10 il bundan öncə dolların valyuta ehtiyatlarında payı 60%-dən yuxarı olduğu halda, hazırda bu göstərici 37%-ə enib. Bu azalma tendensiyası cari ilin III rübündə sürətlənib və yaxın gələcəkdə onun davam edəcəyi gözlənilir.

Bir sıra mütəxəssis isə hesab edir ki, dolların kütləvi satışı Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artırması qərarı ilə dayandırılacaq. Ümumilikdə, hazırda müşahidə olunan dolların kütləvi satışı ABŞ iqtisadiyyatın zəif olması deyil, yalnız cari valyuta risklərinin azalmasını əks etdirir. Burada bir məqamı da vurğulamaq vacibdir. Belə ki, iri xarici şirkətlər və ümumiyyətlə dollarla bağlı bir çox iqtisadiyyat, o cümlədən iri ixracatçılar dolların zəif olmasından zərər çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR