Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4% yüksəlib, Nasdaq isə 0,01% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4% yüksəlib, Nasdaq isə 0,01% enib
# 13 oktyabr 2009 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9886 bəndədək, S&P 500 0,4% - 1076 bəndədək yüksəlib, Nasdaq isə 0,01% - 2139 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 12-si ABŞ-da Kolumb Günü bayramının qeyd olunması ilə bağlı dövlət qurumları üçün iş günü olmayıb və ümumilikdə fond bazarında fəallığın zəifləməsi müşahidə olunub. Kotirovkaların dəyişməsi əsasən şirkətlərin hesabat və xəbərləri təsiri altında baş verib.

Avropa fond bazarında oktyabrın 12-də FTSE 100 indeksi 0,9% - 5210 bəndədək, Fransa CAC-0-ı 1,2% - 3849 bəndədək, Almaniya DAX-ı 1,25% - 5783 bəndədək yüksəlib. Avropada da fond indekslərin dinamikası əsasən korporativ xəbərlərdən asılı olub. Məsələn, Avropanın aparıcı elektronika istehsalçısı olan «Royal Philips Electronics» şirkətinin mənfəəti barədə müsbət hesabat nəticəsində şirkətin səhmləri 7,7% bahalaşıb. Bundan başqa, «Swedbank»ın Latviyada öz fəaliyyətini qismən dayandırmasının mümkünlüyü barədə məlumatlar bankın səhmlərini 4,3% bahalaşdırıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4779 (+0,52%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR