Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 14 oktyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,88 dollar və ya 1,2% artaraq 1 barelə görə 74,15 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 13-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,04 dollar artaraq 72,40 dollar təşkil edib.

Neftin qiymətinin yüksəlməsinə əsas səbəb dolların avroya qarşı ucuzlaşması olub. Belə ki, oktyabrın 13-də dolların avroya qarşı məzənnəsi 0,4% enib. Bundan əlavə, son günlər nüfuzlu beynəlxalq qurumlarının neftə tələbatla bağlı proqnozlarını artırması da neft bazarına müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR