Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq isə 0,04% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq isə 0,04% yüksəlib
# 14 oktyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9871 bəndədək, S&P 500 0,2% - 1073 bəndədək enib, Nasdaq isə 0,04% - 2140 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 13-də ABŞ fond bazarında kotirovkaların dinamikası korporativ xəbərlərin təsiri altında olub. Nəticədə, «Citigroup»un səhmləri 1,3%, «İntel» və «Cisco»nun səhmləri 0,4% bahalaşıb, «Bank of America»nın səhmləri 1,2%, «Johnson&Johnson»un səhmləri 2,4% ucuzlaşıb.

Avropa fond bazarında oktyabrın 13-də FTSE 100 indeksi 1,1% - 5154 bəndədək, Fransa CAC-0-ı 1,2% - 3801 bəndədək, Almaniya DAX-ı 1,2% - 5714 bəndədək enib. Avropada da fond indekslərinin dinamikası əsasən korporativ xəbərlərdən asılı olub. Nəticədə, «Standard Chartered», HSBC, «Barclays», «Lloyds», «Royal Bank of Scotland», «Societe Generale» və «Credit Agricole» bankların səhmləri 0,8-3,3%, BP, «Royal Dutch Shell», «Total», «BG Group», «Tullow Oil» və «StatoilHydro» neft şirkətlərinin səhmləri 0,5-1,3%, «AstraZeneca», «GlaxoSmithKline», «Roche Holding», «Sanofi-Aventis» və «Shire» farmasevtik şirkətlərin səhmləri 0,2-1,1% ucuzlaşıb.

Qeyd edək ki, qızılın qiyməti yenidən tarixi maksimumu təzələyib. Belə ki, NYMEX-də qızılın bir unsiyasının qiyməti 1 064,2 dollar təşkil edib ki, bu da əvvəlki günün bağlanma qiymətindən 0,7% çoxdur.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4843 (+0,43%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR