Bank Of Baku

AGBI indeksi 0,9768, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9768, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 14 oktyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0233 bənd və ya 2,33% azalaraq 2009-cu ilin oktyabr ayının 14-nə 0,9768 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

AGBI indeksinin azalması oktyabrın 13-də 2,532 mln. manat həcmində dövlət istiqrazlarının dövriyyədən çıxarılması və bazar kapitallaşmasının azalması nəticəsində baş verib.

ACBDI indeksinin dəyişməməsi isə oktyabrın 13-də ilkin not bazarında heç bir əməliyyatın aparılmaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR