Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı notlarının yerləşdirilməsi üzrə növbəti hərrac baş tutmayıb

Azərbaycan Mərkəzi Bankı notlarının yerləşdirilməsi üzrə növbəti hərrac baş tutmayıb
# 14 oktyabr 2009 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104021S seriyalı, ümumi həcmi 4 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi həcmi 2 909 400 manat təşkil edib. Sifariş 99,9226% (gəlirlik 1,00%) qiyməti ilə təqdim olunub. Hərrac ikidən az investorun iştirakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən emitent tərəfindən baş tutmamış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR