Bank Of Baku

Dow Jones indeksi son bir ilin maksimumunu müəyyənləşdirib

Dow Jones indeksi son bir ilin maksimumunu müəyyənləşdirib
# 15 oktyabr 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 016 bəndədək, S&P 500 1,7% - 1092 bəndədək, Nasdaq isə 1,5% - 2172 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə, Dow Jones indeksi son bir ildə ilk dəfə 10 000 bənd səviyyəsini aşıb. ABŞ fond bazarında kotirovkaların yüksəlməsi ilk növbədə «Intel» və «JPMorgan» şirkətlərinin müsbət rüblük hesabatları ilə bağlı olub. Maliyyə göstəricilərinin açıqlamasından sonra bu şirkətlərin səhmləri müvafiq olaraq 0,7% və 3,3% bahalaşıb.

Bundan başqa, makroiqtisadi xəbərlər də bazara müsbət təsir edib. Belə ki, pərakəndə dövriyyəsinin həcmi sentyabr ayında avqustla müqayisədə 1,5% azalaraq 344,7 mlrd. dollara çatıb. Bu göstəricinin azalmanı əks etdirməsinə baxmayaraq, azalmanın proqnozlaşdırılandan 0,8 faiz bəndi az olması investorlar üçün müsbət siqnal olub.

«Intel» və «JPMorgan» şirkətlərinin müsbət hesabatları və Çin ixracının azalma templərinin zəifləməsi Avropa fond bazarına müsbət təsir edib. Nəticədə, oktyabrın 14-də FTSE 100 indeksi 2% - 5256 bəndədək, Fransa CAC-0-ı 2,1% - 3883 bəndədək, Almaniya DAX-ı 2,5% - 5854 bəndədək yüksəlib.

Qızılın qiyməti isə rekord səviyyədən bir qədər aşağı düşüb. Belə ki, oktyabrın 14-də NYMEX-də qızılın bir unsiyası 0,30 dolar azalaraq 1 063,9 dollara enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4954 (+0,75%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR