Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,7142 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,7142 təşkil edib
# 15 oktyabr 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0233 bənd və ya 2,39% artaraq 2009-cu ilin oktyabr ayının 15-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2858 bənd və ya 28,58% azalaraq 0,7142 təşkil edib.

ACBDI indeksinin kəskin azalması oktyabrın 14-də 4 mln. manat həcmində notların dövriyyədən çıxarılması və bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Qeyd edək ki, dünən notların yerləşdirilməsi üzrə hərrac keçirilsə də, emitent bu hərracı baş tutmamış elan edib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR