Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq isə 0,1% yüksəlib
# 16 oktyabr 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 062 bəndədək, S&P 500 0,4% - 1 097 bəndədək, Nasdaq isə 0,1% - 2173 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, makroiqtisadi xəbərlər və neftin bahalaşması fond bazarına müsbət təsir göstərib. ABŞ-ın Əmək Nazirliyi bəyan edib ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə ərzində 10 min azalaraq 514 min müraciətə çatıb, halbuki bu göstəricinin hətta 530 minə qədər artacağı proqnozlaşdırılırdı.

Avropa fond bazarında oktyabrın 15-də FTSE 100 indeksi 0,6% - 5223 bəndədək enib, Fransa CAC-0-ı 0,03% - 3884 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 5831 bəndədək enib. Avropa fond bazarlarına korporativ xəbərlər təsir edib. Nəticədə, bazarlarda vahid tendensiya olmayıb. Məsələn, HSBS-nin səhmləri 1,8% ucuzlaşdığı halda, «Deutsche Bank»ın səhmləri 1% bahalaşıb.

Qızılın qiymətinin isə ucuzlaşması baş verib. Belə ki, oktyabrın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 14,10 dolar azalaraq 1 050,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4959 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR