Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 19 oktyabr 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,95 dollar və ya 1,2% artaraq 1 barelə görə 78,53 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 16-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 2,55 dollar artaraq 77 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da sənaye istehsalı haqqında məlumatların açıqlanmasından sonra baş verib. Belə ki, sentyabr ayında ölkədə sənaye istehsalının həcmi avqustla müqayisədə 0,7% artıb ki, bu da proqnozlardan 0,5 faiz bəndi çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR