Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,7% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,7% enib
# 19 oktyabr 2009 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 9 996 bəndədək, S&P 500 0,8% - 1 088 bəndədək, Nasdaq isə 0,7% - 2 157 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, bazara mənfi təsir edən amillərin sırasında bir sıra iri şirkətin, o cümlədən «Bank of Amerika»nın rüblük hesabatını qeyd etmək olar. Nəticədə, «Bank of Amerika»nın səhmləri 4,5%, «General Electric»in səhmləri 4,2%, IBM-in səhmləri isə 5% ucuzlaşıb. Lakin ABŞ-da sənaye istehsalının sentyabr ayında avqustla müqayisədə 0,7% artması barədə məlumatların açıqlanmasından sonra bazarda müəyyən dərəcədə tarazlıq yaranıb.

Avropa fond bazarında oktyabrın 16-da FTSE 100 indeksi 0,6% - 5 190 bəndədək, Fransa CAC-0-ı 1,5% - 3 828 bəndədək, Almaniya DAX-ı 1,5% - 5 743 bəndədək enib. Avropada HSBC-nin səhmləri 1,8%, «Vodafone»un səhmləri 1,5%, «National Bank of Greece»in səhmləri 3,6% ucuzlaşıb.

Oktyabrın 16-da NYMEX-də qızılın bir unsiyası 0,10 dolar bahalaşaraq 1 050,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4878 (-0,54%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR