Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 190 min dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 190 min dollarlıq əqdlər bağlanılıb
# 19 oktyabr 2009 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8029 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8029 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 152 570 AZN, manatın orta məzənnəsi isə dollara 0,8029 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 190 min dollar və ya 152 570 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 190 min dollar düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,38% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 3 mln. və 600 min dollar, müddətləri 92 və 365 gün, illik faiz dərəcələri isə müvafiq qaydada 13,00% və 17,50% olan iki əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR