Bank Of Baku

Neftin qiyməti 80 dollara çatıb

Neftin qiyməti 80 dollara çatıb
# 20 oktyabr 2009 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,08 dollar və ya 1,4% artaraq 1 barelə görə 79,61 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 19-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,78 dollar artaraq 77,77 dollar təşkil edib.

Dünya bazarlarında dolların ucuzlaşması və fond bazarlarında indekslərin yüksəlməsi neftin bahalaşmasına birbaşa təsir edib. Belə ki, oktyabrın 19-da dollar avroya qarşı 0,6% ucuzlaşıb, fond indeksləri isə orta hesabla ABŞ-da 1%, Avropada isə 1,8% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR