Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,9% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,9% yüksəlib
# 20 oktyabr 2009 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 093 bəndədək, S&P 500 0,9% - 1 098 bəndədək, Nasdaq isə 0,9% - 2 176 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına bir sıra amil müsbət təsir göstərib. Bunların arasında dolların ucuzlaşması və bununla birbaşa bağlı olan neft kotirovkalarının yüksəlməsi, bir neçə iri şirkətin müsbət hesabatları, Avropanın fond indekslərinin nəzərə çarpan dərəcədə yüksəlməsini qeyd etmək olar.

Avropa fond bazarında oktyabrın 19-da FTSE 100 indeksi 1,8% - 5 282 bəndədək, Fransa CAC-0-ı 1,7% - 3 892 bəndədək, Almaniya DAX-ı 1,9% - 5 853 bəndədək yüksəlib. Avropa bazarlarında BP-nin səhmləri 2,7%, «Royal Dutch Shell»in səhmləri 2,4%, Britaniyanın «National Express» nəqliyyat şirkətinin səhmləri 11%, «Daimler»in səhmləri 7%, «Nestle»nin səhmləri 3,5% bahalaşıb.

Oktyabrın 19-da NYMEX-də qızılın bir unsiyası 14,80 dolar bahalaşaraq 1 065,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4969 (+0,61%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR