«APA-Economics»in «Bloomberg»a istinadən verdiyi məlumata görə, 1980-ci ildə qızılın 1 unsiyasının qiyməti 873 dollara bərabər olub. Nəticədə, cari ilin əvvəlindən qızılın 19% bahalaşmasına baxmayaraq, bu müddət ərzində istehlak qiymətlərinin təxminən 3 dəfə artmasına görə qızılın real dəyəri də ucuzlaşıb. Mütəxəssislərin hesablamalarına görə, 1980-ci ilin səviyyəsi indiki qiymətlərlə 2 287 dollar deməkdir. Qeyd edək ki, 1980-ci ildə qızılın orta qiyməti 650 dollara bərabər olub:
Yaxın perspektivə gəldikdə, dünyanın ən iri ölkələri, ilk növbədə ABŞ-da dövlət borcunun rekord səviyyəyə çatması, faiz dərəcələrinin sıfıra yaxınlaşması qızılın qiymətinin yüksəlməsinə səbəb olur və investorlar bu tendensiyanın davamını gözləyir.