Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,6% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,6% enib
# 21 oktyabr 2009 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 041 bəndədək, S&P 500 0,6% - 1 091 bəndədək, Nasdaq isə 0,6% - 2 163 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da sentyabr ayında yeni evlərin inşasının azalması barədə məlumatlar bazara mənfi təsir edib. Belə ki, bu göstərici sentyabrda 590 minə bərabər olub ki, bu da avqustla müqayisədə 8 min, proqnozlardan isə 20 min az olub. Bu xəbərə görə bir sıra iri şirkətin müsbət hesabatları investorlara gözlənilən təsiri göstərməyib.

Avropa fond bazarında oktyabrın 20-də FTSE 100 indeksi 0,7% - 5 243 bəndədək, Fransa CAC-0-ı 0,5% - 3 872 bəndədək, Almaniya DAX-ı 0,7% - 5 812 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən bank sektorunda müşahidə olunub. Belə ki, «Barclays»ın səhmləri 4,8%, HSBC-nin səhmləri 2,2%, «Royal Bank of Scotland»ın səhmləri 0,7%, «Credit Agricole»in səhmləri 2,3%, «Natixis»in səhmləri 1%, «Credit Suisse»in səhmləri 1,1%, «Deutsche Bank»ın səhmləri 1,2% ucuzlaşıb.

Oktyabrın 20-də NYMEX-də qızılın bir unsiyası 7,40 dolar ucuzlaşaraq 1 058,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4925 (-0,29%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR