Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının notların yerləşdirilməsi üzrə bu gün keçirdiyi hərrac baş tutmamış elan olunub

Azərbaycan Mərkəzi Bankının notların yerləşdirilməsi üzrə bu gün keçirdiyi hərrac baş tutmamış elan olunub
# 21 oktyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104121S seriyalı, ümumi həcmi 4 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə məbləği 3 000,6 min manat təşkil edib. Sifariş 99,9226% (gəlirlik 1,00%) qiyməti ilə təqdim edilib. Lakin hərracda ikidən az investorun iştirak etməsi nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən hərrac Mərkəzi Bank tərəfindən baş tutmamış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR