Bank Of Baku

Neftin qiyməti 81 dolları üstələyib

Neftin qiyməti 81 dolları üstələyib
# 22 oktyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,25 dollar və ya 2,9% artaraq 1 barelə görə 81,37 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 21-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,45 dollar artaraq 79,69 dollar təşkil edib.

Qeyd edək ki, neftin bahalaşması ABŞ-da neft ehtiyatlarının artması fonunda baş verib. Belə ki, Energetika Nazirliyinin məlumatına görə, ötən həftə neft ehtiyatları 1,3 mln. barel artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR