Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6000 təşkil edib
# 22 oktyabr 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1077 bənd və ya 9,72% azalaraq 2009-cu ilin oktyabr ayının 22-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,4000 bənd və ya 40% azalaraq 0,6000 təşkil edib.

ACBDI indeksinin kəskin azalması oktyabrın 21-də 4 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması səbəbindən baş verib. Dünən notların yerləşdirilməsi üzrə hərrac keçirilsə də, baş tutmayıb.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR