Bank Of Baku

Neft bir qədər ucuzlaşıb

Neft bir qədər ucuzlaşıb
# 23 oktyabr 2009 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,18 dollar və ya 0,2% azalaraq 1 barelə görə 81,19 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 22-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar azalaraq 79,51 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ABŞ-da ötən həftə neft ehtiyatlarının 1,3 mln. barel artması barədə məlumatlar səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR