Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq isə 0,7% yüksəlib
# 23 oktyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10 081 bəndədək, S&P 500 1,1% - 1 093 bəndədək, Nasdaq isə 0,7% - 2 165 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, «Citigroup»un səhmləri 0,9%, «Bank of Amerika»nın səhmləri 0,1%, «İntel»in səhmləri 1,3% bahalaşıb, «Microsoft»un səhmləri 0,1%, «eBay»ın səhmləri 3,8% ucuzlaşıb. ABŞ-ın fond bazarında kotirovkaların dinamikası korporativ xəbərlərdən asılı olub.

Avropa fond bazarında isə bir sıra iri şirkətin mənfi hesabatları kotirovkaların enməsinə səbəb olub. Belə ki, oktyabrın 22-də FTSE 100 indeksi 0,9% - 5 211 bəndədək, Fransa CAC-0-ı 1,3% - 3 822 bəndədək, Almaniya DAX-ı 1,2% - 5 762 bəndədək enib.

Oktyabrın 22-də NYMEX-də qızılın bir unsiyası 5 dollar ucuzlaşaraq 1 059,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5030 (-0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR