Bank Of Baku

Bu gün BFB-da 10207622S seriyalı 9 036 600 manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10207622S seriyalı 9 036 600 manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 oktyabr 2009 16:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10207622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi məbləği 9 036 600 manat təşkil edib. Sifarişlər 99,57% (gəlirlik 1,73%) və 99,58% (gəlirlik 1,69%) qiymət intervalında təqdim edilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 9 036 600 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu il yanvarın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR