Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq isə 0,5% enib
# 26 oktyabr 2009 07:13 (UTC +04:00)
Bakı - APA-Economics. Oktyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 9973 bəndədək, S&P 500 1,2% - 1080 bəndədək, Nasdaq isə 0,5% - 2154 bəndədək enib. «APA-Economics»in məlumatına görə, müsbət hesabatların fonunda «Microsoft» şirkətinin səhmləri 5,4%, «Hewlett-Packard»ın 0,5%, «Amazon»un 26,8% bahalaşıb. Cari ilin üçüncü rübündə mənfəəti 21% azalmış «American Express» şirkətinin qiymətli kağızları 5,1% ucuzlaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,68% - 5242,57 bəndədək, Fransa CAC-40-ı 0,33% - 3808,24 bəndədək, Almaniya DAX-ı isə 0,39% - 5740,25 bəndədək möhkəmlənib. Neftin qiymətinin düşməsi enerji sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə mənfi təsir edib. Belə ki, Portuqaliyanın «Galp Energia» şirkətinin qiymətli kağızları 1,3%, Fransanın «Total»ın 0,4%, «Petroplus»un 1,6% dəyərdən düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5035 dollar (+0,03%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR