Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq isə 0,6% enib

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq isə 0,6% enib
# 27 oktyabr 2009 08:33 (UTC +04:00)
Bakı - APA-Economics. Oktyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 1% - 9867 bəndədək, S&P 500 1,1% - 1067 bəndədək, Nasdaq isə 0,6% - 2142 bəndədək enib.

APA-Economics”in məlumatına görə, müsbət hesabatların fonunda “Marvell Technology” şirkətinin səhmləri 2,8%, “Intel”ın 0,2% bahalaşıb. Dünya bazarında neftin ucuzlaşması nəticəsində “Chevron”un qiymətli kağızları 1,6%, “Exxon Mobil”in qiymətli kağızları 0,4% dəyərdən düşüb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,97% - 5191,74 bəndədək, Fransa CAC-40-ı 1,68% - 3744,45 bəndədək, Almaniya DAX-ı isə 1,71% - 5642,16 bəndədək zəifləyib. Britaniyanın «Lloyds Banking» bankının səhmləri 7,5%, «Royal Bank of Scotland»ın 5,7% ucuzlaşıb. Cari ilin ilk 9 ayında xalis mənfəətini 2,3 dəfə - 190 mln. avroyadək artırmış İsveçin məişət texnikasının istehsalçısı olan «Electrolux» şirkətinin qiymətli kağızları 6,7% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4869 dollar (-1,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR