Bank Of Baku

Azərbaycanda yeni növ dövlət istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçirilib

Azərbaycanda yeni növ dövlət istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçirilib
# 28 oktyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500124S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə ilk hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 30 010 600 manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 20 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin oktyabrın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR