Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq isə 1,2% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq isə 1,2% enib
# 28 oktyabr 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9 882 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 063 bəndədək, Nasdaq isə 1,2% - 2 116 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların dinamikasına həm müsbət, həm də mənfi makroiqtisadi xəbərlər təsir edib. Nəticədə, bazarda vahid tendensiya müşahidə olunmayıb. Həmçinin bir sıra iri şirkətlərin hesabatları da bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb.

Avropa fond bazarında oktyabrın 27-də FTSE 100 indeksi 0,2% - 5 201 bəndədək yüksəlib, Fransa CAC-0-ı 0,01% - 3 744 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 5 635 bəndədək enib. Avropada BP-nin səhmləri 4,8%, «Total»in səhmləri 1,8%, «Royal Dutch Shell»in səhmləri 2,6%, «StatoilHydro»nun səhmləri 1,7% bahalaşıb, «ING Group»un səhmləri 6,1%, «Royal Bank of Scotland»ın səhmləri 8,1%, «Lloyds Banking Group»un səhmləri 6,16%, «BNP Paribas»ın səhmləri 1,7%, «Barclays»ın səhmləri 3,6%, HSBC-nin səhmləri 0,8%, «Societe Generale»in səhmləri 3,3%, «UniCredit»in səhmləri 3,1% ucuzlaşıb.

Oktyabrın 27-də NYMEX-də qızılın bir unsiyası 0,7% ucuzlaşaraq 1 035,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4813 (-0,38%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR