Bank Of Baku

AGBI indeksi 1,1231, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,1231, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 28 oktyabr 2009 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlar (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1230 bənd və ya 12,3% artaraq 2009-cu ilin oktyabr ayının 28-nə 1,1231 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Oktyabrın 27-də 5,161 mln. manat həcmində bir dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və həmin tarixdə 303 min manatlıq bir adi istiqraz buraxılışı və 20 mln. manatlıq geri çağırılmaq hüququna malik olan dövlət istiqrazları (GDİ) buraxılışı yerləşdirilib. Nəticədə, dövlət istiqrazlarının bazar kapitallaşmasının artımı AGBI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR