Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 2%, Nasdaq isə 2,7% enib

Dow Jones indeksi 1,2%, S&P 500 2%, Nasdaq isə 2,7% enib
# 29 oktyabr 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 9 762 bəndədək, S&P 500 2% - 1 043 bəndədək, Nasdaq isə 2,7% - 2 060 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların enməsi makroiqtisadi göstəricilərin açıqlanmasından sonra baş verib. Məlum olub ki, sentyabr ayı ərzində yeni evlərin satışı 429 mindən 402 minə qədər enib, uzunmüddətli istifadə olunan mallar üzrə sifarişlərin 1% artmasına baxmayaraq, bu, proqnozlardan 0,5 faiz bəndi azdır.
Avropa fond bazarında oktyabrın 28-də FTSE 100 indeksi 2,3% - 5 080 bəndədək, Fransa CAC-0-ı 2,1% - 3 664 bəndədək, Almaniya DAX-ı isə 2,5% - 5 496 bəndədək enib. Avropada kotirovkaların dinamikasına həm ABŞ-dan gələn mənfi makroiqtisadi xəbərlər, həm də bir sıra şirkətin mənfi rüblük hesabatları olub.
Oktyabrın 28-də NYMEX-də qızılın bir unsiyası 0,5% ucuzlaşaraq 1 030,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4701 (-0,76%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR