Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 1,8% yüksəlib

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 1,8% yüksəlib
# 30 oktyabr 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 2% - 9 963 bəndədək, S&P 500 2,2% - 1 066 bəndədək, Nasdaq isə 1,8% - 2 098 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına əsasən ABŞ iqtisadiyyatının III rübdə gözlənilməz artımı barədə məlumatlar müsbət təsir göstərib. Belə ki, ölkədə ÜDM-in həcmi 3,5% artıb ki, bu da ən nikbin proqnozlardan da artıq olub. Bundan başqa, ev təsərrüfatlarının xərcləri 3,4% artıb ki, bu da son iki ildə ən yüksək rüblük artım olub. Məşğulluq bazarından məlumatlar da investorlar tərəfindən müsbət qarşılanıb. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə ərzində 1 min azalaraq 530 minə çatıb.

ABŞ-da ÜDM-in artımı barədə məlumatlar həmçinin Avropa fond bazarına da müsbət təsir göstərib. Belə ki, oktyabrın 29-da FTSE 100 indeksi 1,1% - 5 138 bəndədək, Fransa CAC-0-ı 1,4% - 3 714 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5 588 bəndədək yüksəlib.

Oktyabrın 29-da NYMEX-də qızılın bir unsiyası 1,7% bahalaşaraq 1 047,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4840 (+0,95%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR