Bank Of Baku

Neftin bahalaşması bərpa olunub

Neftin bahalaşması bərpa olunub
# 30 oktyabr 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,41 dollar və ya 3,1% artaraq 1 barelə görə 79,87 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 29-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,18 dollar artaraq 78,04 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb ABŞ iqtisadiyyatının III rübdə artımı barədə məlumatlar olub. Belə ki, ölkədə ÜDM-in həcmi 3,5% artıb ki, bu da ən nikbin proqnozlardan belə artıqdır. Bundan başqa, ev təsərrüfatlarının xərcləri 3,4% artıb ki, bu da son iki ildə ən yüksək rüblük artım tempidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR