Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 45 min dollarlıq əqdlər bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 45 min dollarlıq əqdlər bağlanıb
# 30 oktyabr 2009 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8033 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8035 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 36 149 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8033 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, manatın orta məzənnəsi isə dollara nisbətən dəyişməz qalıb.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 45 min dollar və ya 36 149 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 45 min dollar düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,81%, ABŞ dolları üzrə isə illik 16,25% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 500 min AZN, 1 mln. avro və 1,5 mln. dollar, müddətləri 30, 92 və 122 gün, illik faiz dərəcələri isə müvafiq qaydada 18,00%, 14.00% və 14,00% olan 3 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR