Bank Of Baku

Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq isə 2,5% enib

Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq isə 2,5% enib
# 02 noyabr 2009 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 2,5% - 9 713 bəndədək, S&P 500 2,8% - 1 036 bəndədək, Nasdaq isə 2,5% - 2 045 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fond bazarında kotirovkaların enməsi oktyabrın 29-da indekslərin orta hesabla 2,2% yüksəlməsindən sonra investorlar tərəfindən mənfəətin əldə edilməsi və zəif makroiqtisadi göstəricilər, o cümlədən son 5 ayda ilk dəfə istehlak xərclərinin azalması barədə məlumatla bağlı olub.

Avropa fond bazarına oktyabrın 30-da FTSE 100 indeksi 1,5% - 5 062 bəndədək, Fransa CAC-0-ı 2,2% - 3 634 bəndədək, Almaniya DAX-ı isə 2,6% - 5 443 bəndədək enib.

Avropa investorlarına da ABŞ-ın mənfi makroiqtisadi göstəriciləri və Avropanın ən iri şirkətlərindən olan «Alcatel-Lucent»in mənfi hesabatının açıqlanması təsir edib. Nəticədə, «Alcatel-Lucent»in səhmləri 11% ucuzlaşıb və ardınca digər şirkətlərin səhmləri üzrə tendensiyası mənfi olub.

Oktyabrın 30-da NYMEX-də qızılın bir unsiyası 0,6% ucuzlaşaraq 1 040,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4726 (-0,77%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR