Bank Of Baku

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib
# 02 noyabr 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 4,247 mln. manat təşkil edib. Sifarişlər 100,1583% qiymətdə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, istiqraz üzrə öhdəliklər emitent tərəfindən 2016-cı il mayın 10-da icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu il mayın 29-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.

Xatırladaq ki, bu istiqrazların yerləşdirilməsinə cari ilin iyunun 16-da başlanılıb və hərraclarda bu günədək 41 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR