Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq isə 0,2% yüksəlib
# 03 noyabr 2009 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 9 789 bəndədək, S&P 500 0,6% - 1 043 bəndədək, Nasdaq isə 0,2% - 2 049 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da emal sənayesində fəallıq indeksinin oktyabr ayında 3,1 faiz bəndi artaraq 55,7%-ə çatması barədə məlumat, mənzillərin təkrar bazarında satış üzrə imzalanmış sazişlərin indeksinin sentyabr ayında 103,8 bənddən 110,1 bəndədək artması barədə məlumat, tikinti xərclərinin sentyabr ayında 0,8% artması barədə məlumatlar və bir sıra şirkətin müsbət hesabatları kotirovkaların yüksəlməsinə təsir göstərib.

Avropa fond bazarında noyabrın 2-də FTSE 100 indeksi 1,2% - 5 105 bəndədək, Fransa CAC-0-ı 0,9% - 3 640 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 5 431 bəndədək yüksəlib. Avropa investorlarına da ABŞ-ın müsbət makroiqtisadi göstəriciləri təsir edib. Nəticədə, «BG Group», BP və «Total»in səhmləri 1,3-2,2%, «Anglo American», «Antofagasta», «BHP Billiton», «Eurasian Natural Resources Corporation», «Rio Tinto» və «Xstrata»nın səhmləri 2,5-4,9%, HSBC, «BNP Paribas» və «UniCredit»in səhmləri 1,5-3,3% bahalaşıb.

Noyabrın 2-də NYMEX-də qızılın bir unsiyası 1,3% bahalaşaraq 1 054 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4726 (+0,38%) dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR