Bank Of Baku

Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

Qızılın qiyməti yeni tarixi maksimuma çatıb
# 04 noyabr 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9 772 bəndədək enib, S&P 500 0,2% - 1 045 bəndədək, Nasdaq isə 0,4% - 2 057 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da sentyabr ayında istehsal sifarişlərinin 0,9% artaraq 356,1 mlrd. dollara çatması barədə məlumatlar bazara müsbət təsir etsə də, investorların ehtiyatla yanaşması üstünlük təşkil edib. Bunun da səbəbi Federal Ehtiyat Sistemi, İngiltərə Bankı və Avropa Mərkəzi Bankı tərəfindən bu həftə faiz dərəcələrinə yenidən baxılması ilə bağlı gözləntilərlə əlaqəlidir.

Avropa fond bazarına noyabrın 3-də FTSE 100 indeksi 1,3% - 5 037 bəndədək, Fransa CAC-0-ı 1,5% - 3 584 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 5 353 bəndədək enib. Avropa fond indekslərinin enməsinə əsas səbəb bank sektorunda və bir sıra digər sahədə şirkətlərin mənfi maliyyə hesabatlarının açıqlanması olub.

Noyabrın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,9% artaraq yeni tarixi maksimuma - 1 084,9 dollara çatıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4717 (-0,44%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR